Qaraqalpaq dili

(Qaraqalpak dili səhifəsindən istiqamətləndirilmişdir)

Qaraqalpaq dili (Қарақалпақ тили, Qaraqalpaq tili) — qaraqalpaqların danışdıqları dil. Qaraqalpaqstan Muxtar Respublikasının rəsmi dilidir.

Qaraqalpaq dili
Orijinal adıQaraqalpaq tili, Қарақалпақ тили
ÖlkələrÖzbəkistan
Qazaxıstan
Əfqanıstan
Rusiya867 (2010)[1]
RegionQaraqalpaqıstan
Rəsmi statusQaraqalpaqıstan
Tənzimləyən təşkilatNajim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutu
Danışanların ümumi sayı412 000 nəfər (1993)
Təsnifatı
KateqoriyaAvrasiya dilləri

Altay dilləri

Türk dilləri
Qıpçaq dilləri
Noqay dilləri
Yazılatın əlifbası, kiril əlifbası (Qaraqalpaq yazısı)
Dil kodları
QOST 7.75–97кал 275
ISO 639-1
ISO 639-2kaa
ISO 639-3kaa
Dilin strukturlarının dünya atlasıkkp
Ethnologuekaa
IETFkaa
Glottologkara1467
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraqalpaq dili türk dillərinin qıpçaq yarımqrupuna daxildir (tatar dili, başqırd dili, qaraçay-balkar dili, qumuq dili, karaim dili, krımtatar dili, qazax dili, həştərxan-noqay dili, noqay dili). Noqay, qazax və qaraçay dilləri ilə birgə qıpçaq-noqay qoluna aid edilir. Leksik baxımdan daha çox qazax dilinə yaxın olsa da, ondan orfoqrafik baxımdan fərqlənir.

Qaraqalpaq dilində təxminən 400 min nəfər danışır. Onlar əsasən Özbəkistanda yaşayırlar. Təxminən 2 min nəfər bu dildə danışan əhali Əfqanıstanda, daha az sayda isə Rusiyada, Qazaxıstanda, Türkiyədə yaşayır.

Qaraqalpaq dilində Nukusda "Erkin Qaraqalpaqstan" qəzeti nəşr olunur. Dili əsas tənzimləyən qurum - Najim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutudur.

Özbəkistan ərazisində qaraqalpaq dilinin (qırmızı rəngdə) yayılması arealı

Dialektlər

Adətən iki dialekt fərqləndirilir: şimal-şərqi və cənub-şərqi. Üçüncü bir dialektin (Fərqanə vadisində danışılan) mövcudluğu haqqında da ehtimallar var.

Fonetika

Saitlər

Qaraqalpaq dilinin saitlər sistemi

Qaraqalpaq dilində saitlərin harmoniyası qanunu digər türk dillərindən daha aydın özünü büruzə verir.

SaitSonra gələ bilər:
aa, ɯ
æe, i
ee, i
ie, i
oa, o, u, ɯ
œe, i, œ, y
ua, o, u
ye, œ, y
ɯa, ɯ

Digər dillərdən alınma sözlərdə sinharmonizm həmişə müşahidə olunmur.

Samitlər

Qaraqalpaq dilində 25 samit fonem var. Onlardan 4-nə (mötərizəyə alınanlar) yalnız alınma sözlərdə rast gəlinir.

 Dodaq samitləriAlveolyar samitlərİncə samitlərVelyar samitlərDilçək samitləriBoğaz samitləri
Partlayan samitlərpbtd  kgq   
Affrikata  (ʦ) (ʧ)       
Nov samitlər(f)(v)szʃʒxɣ  h 
Sonor samitlərmn  ŋ    
Titrəyən samitlər  r        
Yan samitlər  l        
Sürüşən samitlərw  j      

Yazı

Nukusda müasir latın əlifbası ilə yazılmış fotosalon lövhəsi (2006)

1924-1928-ci illərdə qaraqalpaq dilinin yazısı ərəb əlifbası idi. 1928-1940-cı illərdə latın əlifbasından, sonra isə kiril əlifbasından istifadə olunmuşdur. 1991-ci ildə Özbəkistan öz müstəqilliyini elan edəndən sonra latın əlifbasına qayıdışla bağlı qərar qəbul edilmişdir və hazırda Qaraqalpaqıstanda tədrican latın əlifbasına keçid həyata keçirilir.

Müasir qaraqalpaq əlifbası:

А аА‘ а‘B bCh chD dЕ еF fG g
G‘ g‘H hİ iI ıJ jK kL lМ m
N nN‘ n‘О оO‘ o‘P pQ qR rS s
Sh shТ tU uU‘ u‘V vY yX xZ z

İstinadlar

Xarici keçidlər

Həmçinin bax