Qorki parkı

Qorki parkı (rus. Парк Горького) — Moskvanın ən böyük və ən məşhur ictimai parklarından biri.

Qorki parkı
rus. Парк Горького
Parkın əsas tikilisi üzərindən görünüşü
Parkın əsas tikilisi üzərindən görünüşü
Məlumatlar
Parkın tipiTarixi abidə
Ölkə
YerləşməsiRusiya Moskva, Rusiya
Koordinatları55°43′42″ şm. e. 37°36′00″ ş. u.
Sahəsi219,7 ha
Yaradılıb12 avqust 1928
Ziyartəçi sayı100 000 nəfər
StatusuAçıq
SaytıQorki parkı rəsmi səhifə
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parkın ilk hissəsi 1923-cü ildə bu bölgədə Ümumrusiya Kənd Təsərrüfatı Sərgisi (ÜKTS) təşkil edildikdən sonra ortaya çıxdı, onun planlaşdırılması memar Konstantin Melnikov tərəfindən həyata keçirilmişdir. Park, 1928-ci il avqustun 12-də açılmış, 1932-ci ildə Maksim Qorkinin şərəfinə hal-hazırkı adını almışdır. Müxtəlif dövrlərdə El Littiszki və Aleksandr Vlasov, parkın dizaynı ilə məşğul olmuşdur. Əsas giriş 1955-ci ildə inşa edilmişdir.[1]

2011-ci ildə bu günə qədər davam edən ictimai məkanın hərtərəfli bərpasına başlanıldı. Parkın ümumi sahəsi 219,7 hektardır.

Tarixçəsi

Mədəniyyət parkı metrostansiyasında yerləşən bu park 1928-ci ildə ictimai istifadəyə açıldı. Park, məşhur Sovet konstruktivist memar Konstantin Melnikovun planına əsasən tikilmişdir. Çay boyunca 120 hektarlıq ərazini əhatə edən keçmiş Dövlət Xəstəxanasının yerində tikilmişir. XIX əsrin sonlarına kimi qeyri-məhsuldar bir torpaq olmuş və zibillik kimi xidmət etmişdir.[2]

15 mart 1928-ci ildə Moskva Prezident Şura heyətinin qərarı ilə Kənd Təsərrüfatı və Sənət Sərgisi genişləndirilərək Mədəniyyət və İstirahət Mərkəzi Parkına çevrildi. 1932-ci ildə park M.A.Qorkinin adını aldı.[3][4]

İstinadlar