Rüfət Məmmədli

Rüfət Vidadi oğlu Məmmədli (23 noyabr 1993; Saloğlu qəsəbəsi, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Rüfət Məmmədli
Şəxsi məlumatlar
LəqəbiƏjdaha
Doğum tarixi
Doğum yeriSaloğlu, Ağstafa rayonu, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeriŞuşa rayonu, Azərbaycan
Dəfn yeriSaloğlu qəsəbəsi
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2012—2013; 2014–2020
Rütbəsi Gizir
Döyüşlər
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Həyatı

Rüfət Məmmədli 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub.[1] 2000–2011-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Hərbi xidməti

Rüfət Məmmədli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb. Aprel döyüşlərindəki şücaətinə görə "kiçik gizir" hərbi rütbəsi alıb. Müxtəlif zamanlarda snayper kurslarında uğurla iştirak edib, fərqlənmələr qazanıb. 2017-ci ildə "ən yaxşı kəşfiyyatçı snayper" kursunu birinciliklə bitirib. 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərinin iştirakçısı olub.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Rüfət Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, XocavəndinŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi savaşıb. Sərrast atışlarına görə döyüş yoldaşları ona "Əjdaha" ləqəbini qoyub. Rüfət Məmmədli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Saloğlu qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Təltifləri

İstinadlar