Rəhman Hacıyev (jurnalist)

Bu məqalə ictimai şəxs haqqındadır. Futbolçu üçün Rəhman Hacıyev (futbolçu) səhifəsinə baxın.

Rəhman Tofiq oğlu Hacıyev və ya Rəhman Hacı (17 aprel 1980, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri.[1][2]

Rəhman Hacıyev
Doğum tarixi (44 yaş)
VətəndaşlığıAzərbaycan Azərbaycan
TəhsiliBakı Dövlət Universiteti (1997-2003)
IE Business School (2019-2020)
Fəaliyyətijurnalist, baş redaktor, idarəçi
Fəaliyyət illəri2002-indiyədək
Mükafatları"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2020[1]
qdf.az

Bioqrafiya

Rəhman Tofiq oğlu Hacıyev 17 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.[3]

1987-1997-ci illərdə Bakı şəhəri, 63 saylı orta məktəbdə oxuyub. 1997-2003-cü illərdə Bakı Dövlət UniversitetininBeynəlxalq münasibətlər” fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Və universiteti qırmızı diplomla bitirib.[3]

2002-2008-ci illərdə MBASK Sığorta Şirkətinin İdarə Heyətinin üzvü olmaqla həmin şirkətdə müxtəlif vəzifələrdə işləyib.[3] 2008–2018-ci illərdə “Media Prima” şirkətinin təsisçisi, məşhur yazar Qrem Uilsonla bərabər bir sıra kitab layihələrinin həyata keçirilməsində məsləhətçi və redaktor qismində iştirak edib.[4][5]

2009-2021-ci illərdə “The First News” İnformasiya Agentliyinin (1news.az) baş redaktoru və direktoru vəzifəsində çalışıb.[3][6] Həmçinin, 2011-2021-ci illərdparalel olaraq ə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.[3][6]

2016-2021-ci illərdə Azərbaycanda ən böyük həvəskar futbol turnirlərini təşkil edən MFL SPORTS MMC (www.mfl.az) şirkətinin direktoru və həmtəsisçisi kimi futbolu və sağlam həyat tərzini təbliğ edib.

2018-ci ildən indiyə kimi Sabah Futbol Klubunun İdarə Heyətinin üzvüdür.[7]

Həmçinin, 2018-ci ildən Azərbaycan Respublikası Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.

2020-ci ilin 22 iyulunda Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Əməkdar Jurnalist" adına layiq görülüb.[1]

4 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib.[2]

Azərbaycanda istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə keçirilən "Yüksəliş" müsabiqəsinin əsas mentorlarından biri olub.[8][9]

Nigar Əli ilə ailəlidir, 2 qızı var.[10]

Biblioqrafiya

Kitablar

(məsləhətçi və redaktor)

İstinadlar

Xarici keçidlər