Riçard Eppel

ABŞ yazıçısı və prodüseri

Riçard Eppel (ing. Richard Appel; d. 21 may 1963, Nyu-York, ABŞ)[1][2][3]ABŞ ssenaristi, prodüseri və keçmiş müvəkkili. 2012-ci ildən bəri "Qriffinlər" teleserialının icraçı prodüseri və köməkçi şou-ranneridir. Eppel ali təhsilini Harvard Universitetində almışdır. 1985-ci ildə məzun olduqdan[4] sonra hüquqşunas olan Eppel, 1994-cü ildə "Simpsonlar" teleserialına ssenarist olaraq işə alınmasından sonra, yazıçılıq karyerasına rəsmi olaraq başlamışdır.[5] Eppel "Simpsonlar" üçün 7 seriyanın ssenarisini yazmışdır. Eppel "A.U.S.A" adlı bir animasiya sitkomunu yaratmazdan əvvəl,[6] "Təpənin kralı"nda icraçı prodüsər olaraq işləmişdir.[2][7] Eppel Set Makfarleyn və Mayk Henri ilə birlikdə "Klivlend Şou" adlı bir animasiya sitkomunu yaratmışdır.[8][9] Bundan əvvəl "Berni Mek şou", "Qriffinlər" və "Amerikan ata!" seriallarında işləmişdir.[10]

Riçard Eppel
ing. Richard Appel
Eppel San-Diyeqo Komik-Konunda (2010)
Eppel San-Diyeqo Komik-Konunda (2010)
Doğum tarixi (61 yaş)
Doğum yeriNyu-York, ABŞ
Vətəndaşlığı ABŞ
Həyat yoldaşlarıMona Simpson (ev. 1993, boş. 2003)
Uşağı2
AtasıAlfred Eppel
MilliyyətiAmerikalı
TəhsiliHarvard Universiteti
Fəaliyyətissenarist, dublyaj aktyoru, vəkil, aktyor, televiziya prodüseri[d]
Fəaliyyət illəri1994–h.h
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax

İstinadlar

Xarici keçidlər