Ruslan Qəhrəmanov

Ruslan Mehman oğlu Qəhrəmanov (6 oktyabr 1988; Almaniyanın Maqdeburq şəhəri— 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.

Ruslan Qəhrəmanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAlmaniyanın Maqdeburq şəhəri
Vəfat tarixi (31 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriKeçili, Şəmkir rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri2010—2020
RütbəsiKapitan
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı

Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində [1] anadan olub.[2] Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı.

Hərbi xidməti

Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Şəhid Ruslan Qəhrəmanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[6]

Təltifləri

İstinadlar