Süleyman xan

Süleyman xan — Hülakülər (Elxanilər) dövlətində elxanlığa iddiaçı; Hülaku xanın oğlu Yoşmutun nəticəsi.

Süleyman xan
1339 – 1345
ƏvvəlkiSultan Satıbəy xatun
SonrakıƏnuşirvan xan
Şəxsi məlumatlar
Doğum tarixiXIV əsr
Vəfat tarixi
Həyat yoldaşıSultan Satıbəy xatun
AiləsiÇingizlilər

Hakimiyyəti

İlkin həyatına dair məlumat azdır. 1339-cu ilin mayında Şeyx Həsən tərəfindən taxta gətirilmişdi. 1340-cı ildə Sultan Satıbəy xatunla evləndirilmişdir. 1341-ci ildə Sərbədarlar üsyanının başçıları Süleyman xanı hökmdar kimi qəbul etmişdilər. Məlik Əşrəf tərəfindən devrilməsindən sonra haqqında son məlumat 1345-ci ildə verilir.[1]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər