Səndən nigaranam (Aygün Kazımova mahnısı)

Aygün Kazımovanın mahnısı

Səndən nigaranam — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur.[1] Mahnı ermənicə, tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuşdur. Mahnını Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" ifa etmişdir.2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdir.

"Səndən nigaranam"
İfaçıAygün Kazımova
Yayımlanıb2005
Janrpop
Dilazərbaycanca
Müddət05:24
BəstəkarKəmaləddin Heydərov
Sözlərin müəllifiBaba Vəziroğlu
ProdüserAygün Kazımova

İstinadlar

Həmçinin bax