Sərxan Mustafayev

Sərxan İslam oğlu Mustafayev (21 mart 1994; Qazax rayonu, Azərbaycan31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Sərxan Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAslanbəyli, Qazax, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriAslanbəyli, Qazax, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2012—2013 / 2014—2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Sərxan Mustafayev 1994-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub.[1] 2001-2009-cu illərdə Aslanbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Hərbi xidməti

Sərxan Mustafayev 2012-2013-cü illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsininFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Mustafayev oktyabrın 31-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Aslanbəyli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mustafayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mustafayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mustafayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri

İstinadlar