Salehə Sultan (Əbdüləzizin qızı)

Fatma Salehə Sultan (d. 9 avqust 1862, İstanbul — ö. 1941, Qahirə) — 32. Osmanlı sultanı Əbdüləzizin Dürrünəv Qadınəfəndidən doğulan qızıdır.[1]

Fatma Salehə Sultan
فاطمة سلطان
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriİstanbul, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
AtasıƏbdüləziz
AnasıDürrünəv Qadınəfəndi
Həyat yoldaşıQurdzadə Zülfüqar Əhməd Paşa
UşağıKamilə xanım Sultan
AiləsiOsmanlı xanədanı

Həyatı

Salehə Sultan 9 avqust 1862 tarixində İstanbulda Dolmabağça sarayında dünyaya gəlmişdir. Böyük qardaşı Şahzadə Yusif İzzəddin Əfəndidir.[2] 1876-cı ildə atasının devrilərək öldürülməsinin ardından Fəriyə sarayında nəzarət altında yaşadı. Ancaq V Muradın taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə azadlığa çıxdı. 20 aprel 1889 tarixində Ulduz Sarayında Qurdzadə Zülfüqar Əhməd Paşa ilə evləndirildi. Bu evlilikdən Kamilə xanım Sultan adlı qızı dünyaya gəldi. Bu övladı 6 yaşında ikən vəfat etdi.[3]

3 mart 1924 tarixində qəbul edilən qərarla bütün Osmanlı ailə üzvləri ilə birlikdə ölkəni tərk etdilər. Buradan birbaşa Qahirəyə gedən Salehə Sultan burada yaşamağa başladı. 1941 tarixində vəfat etdi və Abbas Hilmi türbəsində ərinin qəbrinin yanında dəfn edildi.[3]

Mənbə