Saral (Pəmbək)

SaralQərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir.

Saral
40°50′33″ şm. e. 44°21′45″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.517 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 631 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Saral xəritədə
Saral
Saral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur[3].

Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir[4].

Toponim Sarala adlı hun- türk tayfasının adı[5][6] əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır[7].

1915–1918-ci illərdə xaricdən köçürülən ermənilər kəndə yerləşdirilmişdir və kəndin əhalisi 1919-cu ildə azərbaycanlılarla ermənilər birlikdə 3090 nəfər təşkil etmişdir[8].

1919-cu ilin axırlarında kənddə yaşayan azərbaycanlılar erməni-daşnak təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 808 nəfər, 1926-cı ildə 851 nəfər, 1931-ci ildə 975 nəfər[7], 1987-ci ildə 1856 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrın 1-də kəndin sakinləri – azərbaycanlılar qırğınlarla Ermənistan hakimiyyəti tərəfindən deportasiya olunmuşdur. Kənddə indi ermənilər yaşayır.

30 noyabr 1988-ci ildə Daşnak terrorçuları Hamamlı rayonunun Saral kəndindən Həmzəçimən kəndinə yollanan qaçqın dəstəsinə basqın etmişlər. 18 nəfər qətlə yetirilmiş, Balacayev Mövsümün 8 nəfərlik ailəsi tamamilə məhv edilmişdir. 7 nəfər isə ağır bədən xəsarəti almışdır[9].

Xarici keçidlər

  • "Pəmbək Mahalı, Hamamlı rayonu, Saral kəndi - I". www.youtube.com. İstifadə tarixi: 16 fev 2024.
  • "Pəmbək Mahalı, Hamamlı rayonu, Saral kəndi - II" (#bad_url). www.youtube.com. İstifadə tarixi: 16 fev 2024.
  • "Pəmbək Mahalı, Hamamlı rayonu, Saral kəndin sakini". www.youtube.com. İstifadə tarixi: 16 fev 2024.

Tanınmışları

İstinadlar