Stefan Nemaniç tacı

Stefan Nemaniç tacı (serb. Круна Стефана Првовенчаног) — əfsanəyə görə, Serbiya kralı Stefan Nemaniçə tacqoyma mərasimində təqdim olunan tac. Rəvayətə görə, 1201-ci ildə Stefan Nemaniç Roma Papası III İnnokentiyə onu kral olaraq tanımaq və tac göndərmək istəyi ilə müraciət etdi,[1] lakin onun bu istəyini 1207-ci ildə papa III Honorius yerinə yetirdi və Stefanın taclandığı tacı ona göndərdi.[2] Rəvayətə görə, Stefandan sonra gələn bütün serb kralların taclandırılması üçün ondan istifadə edilmişdir, lakin çarlardan başqa (IV Stefan Uroş Duşan və V Stefan Uroş fərqli taclardan istifadə etmişdilər). Sikkələr və freskaların üstündə olan görüntülərə əsasən, tacın zanbaq çələngindən ibarət olduğu qənaətinə gəlmək olar.

Lakin, 1217-ci ildə Stefan Nemaniçə Romadan belə bir tacın verilməsinə dair kifayət qədər dəlil tarixçilər tərəfindən təqdim edilmir, çünki Stefan rəsmi olaraq yalnız 1222-ci ildə Müqəddəs Sava tərəfindən pravoslav ayini ilə Jiça monastırında tac edilmişdir. Bəzi nəzəriyyələrə görə, Stefana kral tacı Bizansdan gəlib və Bizanslıların razılığı ilə Stefanın taclanması baş tutmuşdur,[3] lakin tacın Stefana hər-hansısa yerdən göndərildiyi haqqında Serbiya salnamələrində heç bir məlumat tapılmamışdır.[4] Serbiya Bizansla olduqca yaxın təmasda olduğundan Bizansın Serbiya mədəniyyətinə təsiri artdı, buna görə də tacın freskalarda təsvir olunması dayandırıldı. Tac Kotromaniçlərin gerbində də təsvir olunmuşdur, hansılar ki onu Bosniyanın krallıq elan olunması və I Tvrtkonun taxta çıxmasından sonra əlavə etmişdilər.

II Stefan Uroş Milutinin dinarlarında kral tacı
Stefan Draqutin, Stefan Duşan və III Stefan Uroş Deçanskinin dinarlarında kral tacı
II Stefan Uroş Milutinın sikkələrində tac

Taclanmış krallar

ŞəkiliHökmdarSülaləTac olunduğu il
Stefan NemaniçNemaniçlər1217-ci il
Stefan RadoslavNemaniçlər1228-ci il
Stefan VladislavNemaniçlər1234-cü il
I Stefan UroşNemaniçlər1243-cü il
Stefan DraqutinNemaniçlər1276-cı il
II Stefan Uroş MilutinNemaniçlər1282-ci il
Stefan KonstantinNemaniçlər1321-ci il
III Stefan Uroş DeçanskiNemaniçlər1322-ci il
IV Stefan Uroş DuşanNemaniçlər1331-ci il (kral), 1346-cı il (çar; oğlu V Stefan Uroş ilə birlikdə hökmdarlıq edirdi)
V Stefan UroşNemaniçlər1346-cı il (atası IV Stefan Uroş Duşan ilə birlikdə hökmdarlıq edirdi)
Vukaşin MrnyavçeviçMrnyavçeviçlər1365-ci il (V Stefan Uroş ilə birlikdə hökmdarlıq edirdi)
Marko KraleviçMrnyavçeviçlər1371-ci il (V Stefan Uroşun varisi və Serbiya kralı və çarı)

İstinadlar