Tüilridə musiqi (tablo)

Tüilridə musiqiEduard Manenin yaradıcılığının ilk dövründə çəkdiyi əsərlərindən biridir. Əsər rəssamın həmin dövrdəki üslubunu əks etdirir.

Tüilridə musiqi
Tüilridə musiqi
Tüilridə musiqi
RəssamEduard Mane
Tarixi1862
Üslubuməişət janrı
Texnikasıyağlı boya
Ölçüləri76,2 sm × 118,1 sm
Materialıyağlı boya[d]
Saxlanıldığı yerMilli Qalereya
Saytınationalgallery.org.uk/p…
emuseum.pointblank.ie/on…
İnventar nömrəsiNG3260, 3260
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tabloda Frans Hals və Dieqo Velaskesin təsiri hiss olunur. Bundan əlavə, sənətçinin ömrünün sonunadək maraq dairəsində olan “boş vaxt” mövzusunun da xəbərçisidir. Bir sıra tənqidçilər bu rəsm əsərini natamam sayırdı. Tabloda o dövrdə Tüilri bağçalarının musiqi və söhbətlə dolu atmosferi müşahidə olunur.

Əsərdə Mane dostlarını, rəssamları, yazıçıları və musiqiçiləri təsvir edib. Bütün bu obrazların arasına öz avtoportretini əlavə etməyi də unutmayıb.