Türkman Məmmədov

Türkman Yolçu oğlu Məmmədov (azərb. Məmmədov Türkman Yolçu oğlu;28 sentyabr 199827 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.[1]

Türkman Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriHacılar, Gədəbəy, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri20192020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı"Qubadlının azad olunmasına görə" medalı

Həyatı

Türkman Məmmədov 28 sentyabr 1998-ci il tarixində Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonu 22 saylı orta məktəbdə almışdır. 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil almışdır.[1]

Hərbi xidməti

2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılıb. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət edib. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl rayonlarının və Xocavənd rayonun kəndlərinin alınmasında iştirak edib. 27 oktyabr 2020-ci il Füzuli- Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[1]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkman Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkman Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Türkman Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Türkman Məmmədov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri

İstinadlar