Təbriz Cüməzadə

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsi şəhidi

Təbriz İldırım oğlu Cüməzadə (26 fevral 2000, Xaçmaz, Oğuz rayonu9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Təbriz Cüməzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriXaçmaz, Oğuz rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriŞuşa rayonu, Azərbaycan
Dəfn yeriMingəçevir Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2018 – 2019 / 2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Təbriz Cüməzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.[1] 2006–2017-ci illərdə Mingəçevir şəhərində İlqar Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailə vəziyyəti - Subay idi.

Hərbi xidməti

Təbriz Cüməzadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cüməzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, XocavəndinŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cüməzadə noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində qəhrəmancasına Şəhid olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Döyüş yolu

Təbrizin 41 günlük döyüş yolu Füzuli, Cəbrayıl, XocavəndŞuşadan keçmişdir.

Təbriz ailəsi ilə son dəfə 06.11.2020-ci il tarixdə telefon danışığı zamanı son cümləsi MƏN DƏ SİZİ ÇOX İSTƏYİRƏM olmuşdur.Təbriz Cüməzadə 44-günlük İkinci Qarabağ müharibəsinin Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunmuş 44-cü şəhididir.

Medallar

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cüməzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cüməzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cüməzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

İrsi və xatirəsi

Təltifləri

İstinadlar