Tərlan Atakişiyev

Tərlan Dərgah oğlu Atakişiyev (23 fevral 1977, Göylər, Şamaxı rayonu24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Tərlan Atakişiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGöylər, Şamaxı rayonu, Azərbaycan
Vəfat tarixi (43 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriGöylər
VətəndaşlığıAzərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri1998—2000; 2020
RütbəsiBaş leytenant
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2021

Həyatı

Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.[1] 1983–1992-ci illərdə Göylər kənd tam orta məktəbində, 1992–1994-cü illərdə Nərimanov rayonunda yerləşən Kimya-Biologiya təmayüllü məktəb-liseydə təhsil alıb. Ali təhsilini 1994–1998-ci illərdə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Ailəli idi. İki oğlu yadigar qaldı.

Hərbi xidməti

Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsi altında xidmət edib.

Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Tərlan Atakişiyev oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Tərlan Atakişiyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Atakişiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar