Taleh Zamanov

Taleh Valeh oğlu Zamanov (7 aprel 2002; Salyan rayonu, Azərbaycan27 noyabır 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Taleh Zamanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSalyan rayonu, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeriKəlbəcər, Azərbaycan
Dəfn yeriSalyan rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Taleh Zamanov 2002-ci il aprelin 7-də Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Taleh Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışkə,Suqovuşan,murovətəyi,Ağdərə,kəlbəcər istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Zamanov oktiyabırın 30-da kəlbəcər istiqamətində şəhid olub.Noyabı 27-də Salyan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar