Tallin Universiteti

Tallin Universiteti (est. Tallinna ÜlikoolTLÜ) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir.

Tallin Universiteti
Loqonun şəkli
Əsası qoyulub18 mart 2005
Tipdövlət universiteti
RektorTiyt Land
Tələbə sayı10,016 (2014)
Müəllim sayı1,200
ŞəhərTallin
Ölkə
ÜnvanEstoniya, Tallin, Narva mnt 25, 10120 Tallinn
Sayttlu.ee
tlu.ee/en/ru
tlu.ee/en
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Tallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılmışdır. Həmin qurumlar bunlar idi:

  • Estoniya Akademik Kitabxanası (1946);
  • Baltik Film və Media Məktəbi (1992/1997);
  • Estoniya Humanitar İnstitutu (1988);
  • Tarix İnstitutu (1946);
  • Tallin Pedaqoji Universiteti (1919/1952/1992).

Hazırda ölkənin ən sürətli böyüyən universiteti olmaqla sosial elmlər və bəşəri elmlərdə yüksək, fənn və təbiət elmlərində isə sürətlə inkişaf edən ali məktəbdir.

Strukturu

Məktəblər

  • Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbi
  • Rəqəmsal Texnologiyalar Məktəbi
  • Təhsil Elmləri Məktəbi
  • İdarəetmə, Hüquq və Cəmiyyət Məktəbi
  • Humanitar Məktəb
  • Təbii Elmləri və Səhiyyə Məktəbi

Kolleclər

Kitabxanası

Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən milli kitabxana statusu daşımışdır. Əsas kitabxanası 2005-ci ildən – Tallin Universitetinin yaradılmasından sonra belə adlanır: Tallin Universitetinin Akademik Kitabxanası[2].

Kitabxana fondu 2,5 milyon nüsxədən ibarətdir. Ən qədim kolleksiyası XVI əsrə aiddir.

Kampusları

Tallin Universitetinin əsas kampus binalarına latınca adlar verilmişdir[3]:

Rəhbərlik

Universitetin ilk rektoru Mati Heydmets olmuşdur. 2011-ci ilin fevral ayında bu vəzifəyə Tiyt Land seçilmişdir.

Şəkilləri

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

  • tlu.ee — Tallin Universitetinin rəsmi saytı