Tapanlı

Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2][3]Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır.[4]

kənd
Tapanlı
40°50′57″ şm. e. 44°11′02″ ş. u.
Ölkə Ermənistan
RegionPəmbək mahalı
RayonHamamlı rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub1920
Sahəsi
  • 10,04 km²
Mərkəzin hündürlüyü1.660 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi
  • 916 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Tapanlı xəritədə
Tapanlı
Tapanlı

Tarixi

Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi). Tabanlı qolunun məskunlaşması nəticəsində yaranmışdır[6][7] Erməni mənbələrində XVIII əsrin əvvəllərində Topanlu kimi[8] çəkilir və onun Eçmiadzinkilsəsinə mənsub vəqf kəndi (mülkü) olduğu qeyd olunur. Diqqəti bu cəlb edir ki, əhalisi türklərdən ibarət Kiraşlu, Kiranlu və Topanlu kəndlərini Eçmiadzin kilsəsinin istismarına elə Səfəvi şahları bağışlamışdılar. Bu göstərir ki, Səfəvi şahlarının özləri də o vaxtlar milli hissdən məhrum idilər və erməni kilsəsi çox məharətlə onları dolaşdıra bilirdi.[9]

Toponimi

Toponim qədim ağqoyunlu elinin qalığı olan Diyarbəkirdə yaşayan türk mənşəli tabanlı (tapanlı) etnonimi[10] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

1829-cu ildə kəndin əhalisi qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir. 932 nəfər sakini var. Burada əsasən əkinlə məşğul olurlar. Amma texnikanın köhnə olması və ümumiyyətlə olmaması zamanla çoxlarını torpaq becərməkdən imtina etməyə məcbur edib. Əhalisinin əksəriyyəti qazanc dalıyca mütəmadi olaraq Rusiyaya yollanır.[4]

İllər üzrə əhalisinin sayı[11]:

İl1939195919701979198920012004
Əhali18119933036541248207

İstinadlar