Tea Leoni

Tea Leoni (ing. Elizabeth Téa Pantaleoni) - ABŞ aktrisası və prodüseridir.

Tea Leoni
Téa Leoni
Doğum adıElizabeth Téa Pantaleoni[1]
Doğum tarixi (58 yaş)
Doğum yeriNyu-York, ABŞ
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyətiaktrisa
Fəaliyyət illəri1988-ci ildən
Təhsili
  • Sara Laurensi kolleci[d]
Boyu173 sm
Mükafatları"Saturn" mükafatı
IMDbID0000096
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tea Leoni 8 fevral 1966-cı ildə ABŞ-nin Nyu-York şəhərində Emili Patterson və Entoni Pantaleoni ailəsində dünyaya gəlmişdir.[2][3] Uşaqlığını Nyu Cersi ştatının İnqlvud şəhərində və Nyu-York şəhərində keçirmişdir. Nyu-York şəhərinin Brirli (ing. Brearley School) və Vermont ştatının Patni (ing. The Putney School) məktəblərinin məzunu olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Nyu-York ştatının "Sarah Lourens Kolleci"nə (ing. Sarah Lawrence College) daxil olmuşdur. Kollecdə antropologiya və psixologiya kateqoriyaları üzrə təhsil almağa başlayır. Tea Leoni burada təhsilini tam başa vura bilmədi.[4] Bu müddətdə səyahətini Yaponiya və İtaliyada keçirmişdir. 1989-cu ildən etibarən seriallara və filmlərə çəkilir. Həmin ildə dövrünə görə populyar olan "Santa Barbara" teleserialının 6 epizodunda iştirak etmişdir. 1990-cı illərdən başlayaraq seriallarla yanaşı bir çox filmlərdə iştirak etməyə başlayır.

Şəxsi həyatı

Tea Leoni Nol Cozef Tardio-kiçik adlı televiziya prodüseri ilə 1991-1995-ci illər ərzində evli olmuşdur. Boşandıqdan bir müddət sonra aktyor Devid Duxovni ilə 1997-ci ildə evlənmiş və 2008-ci ildə boşanmışdır. 2009-cu ildə barışırlar, lakin 2014-cü ildə rəsmi olaraq boşanırlar.[5]

27 oktyabr 2006-cı ildə Tea Leoni "Life" jurnalına müsahibəsində bildirmişdir ki, ata tərəfdən nənəsi olan Helenka Pantaleoni 25 il ərzində "ABŞ-nin UNICEF üçün fondu" təşkilatının prezidenti olduğuna görə UNICEF təşkilatının xoşməramlı səfiri seçilmişdir.[6]

Filmoqrafiya

İlAdRolQeydlər
1989Santa BarbaraLiza DiNapoli6 epizod
1991DəyişməkKonni
1992Onların şəxsi liqasıReysin
1995Pis oğlanlarCuli Mott
1995FreyzerŞeyla
2000Məxfi materiallaröz rolunu canlandırır
2001Yura dövrünün parkı 3Amanda Kirbi
2007Öldür məniLorel Pirsonfilmin icraçı prodüseri
2011Qüllə qarətiKler Denem
2014Xanım katibəçiElizabet Makkord

İstinadlar

Xarici keçidlər