Telman Abışev

Telman Nadir oğlu Abışev (3 oktyabr 1995; Sumqayıt, Azərbaycan8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Telman Abışev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSumqayıt, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeriŞuşa rayonu, Azərbaycan
Dəfn yeriSumqayıt Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Telman Abışev 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Telman Abışev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı FüzulininŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar