Telman Nəhmətov

Telman Təyyar oğlu Nəhmətov (29 aprel 1990; Alaşa, Astara rayonu, Azərbaycan SSR31 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Telman Nəhmətov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAlaşa, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (30 yaşında)
Vəfat yeriXocavənd rayonu, Azərbaycan
Dəfn yeriAlaşa
VətəndaşlığıAzərbaycan Azərbaycan
Həyat yoldaşıŞəfa Nəhmətova
UşağıTəyyar Nəhmətov
AtasıTəyyar Nəhmətov
AnasıSərbizə Eyvazova
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Telman Nəhmətov 1990-cı il aprelin 29-da Astara rayonunun Alaşa kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun kiçik çavuşu olan Telman Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı FüzulininXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Nəhmətov oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Alaşa kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar