Tesla Model 3

Tesla Model 3 — orta ölçülü, 4 qapılı, elektriklə işləyən, Tesla şirkəti tərəfindən hazırlanan avtomobil.

Tesla Model 3
Ümumi məlumatlar
İstehsalçıTesla, Inc.
YığımFremont, California, U.S.
SinfiUS: Mid-size car
EU: Compact executive car (D)
Başqa adıTesla Model 3 prototype
Qabariti
Uzunluğu184.8 in (4,694 mm)
Eni72.8 in (1,849 mm)
Hündürlüyü56.8 in (1,443 mm)
Təkər bazası2.875 mm
Digər
DizaynerFranz von Holzhausen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Model 3-ün məhdud sayda istehsalı 2017-ci ilin İyul ayından başlayıb,[1][2][3] və ilk 30 avtomobil sahiblərinə İyulun 28-i 2017-ci ildə verilib.[4] Teslanın CEOsu Elon Musk 2017-ci ilin Dekabrına qədər 20 000 avtobil istehsal edəcəklərini gözlədiklərini deyib,[5] bu ümumi istehsal qabiliyyətinin 60 faizini təşkil edir. 

2016-cı ildə Model 3-ün planını elan etdikdə, ilk bir həftəyə 325 000 onlayn avtomobil sifariş (reserv) verilmişdir. Bu sifarişlərin ümumi məbləği 14 milyard dollar edir.[6] 2017-ci ilin may ayına olan məlumata görə isə 400 000 və 500 000 arasında Model 3 sifariş verilib, amma Tesla özü maliyyə hesabatlarında bu barədə bir rəqəm açıqlamayıb.[7][8]

İstinadlar