Teymur Həsənov

Teymur Mahal oğlu Həsənov (3 aprel 1989; Yasamal rayonu, Bakı, Azərbaycan25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Teymur Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriNəsimi rayonu, Bakı, Azərbaycan
Vəfat tarixi (31 yaşında)
Vəfat yeriQubadlı rayonu, Azərbaycan
Dəfn yeriII Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıMahal Həsənov
AnasıQüdrət Həsənova
TəhsiliAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2011—2012 / 2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2020"Qubadlının azad olunmasına görə" medalı — 2021

Həyatı

Teymur Həsənov 3 aprel 1989-cu ildə Bakının Yasamal rayonunda anadan olmuşdur.[1] 1996-2007-ci illərdə Bakı şəhər 153 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır. 2009-cu ildən ailəli idi.

Hərbi xidməti

Teymur Həsənov 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Müddətli həqiqi hərbi xidmətini "N" saylı hərbi hissədə 2012-ci ildə bitirmişdir.

27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Teymur Həsənov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq sentyabrın 29-dan iştirak etmişdir. Cəbrayılın, FüzulininQubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Teymur Həsənov 25 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Teymur Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Teymur Həsənov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Təltifləri

İstinadlar