Teymur Məcidzadə

İkinci Qarabağ müharibəsi iştirakçısı

Teymur Tehran oğlu Məcidzadə (10 oktyabr 1992; Füzuli rayonu, Azərbaycan9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Teymur Məcidzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriFüzuli rayonu, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriŞuşa rayonu, Azərbaycan
Dəfn yeriII Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
TəhsiliDövlət İqtisad Universiteti
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiBaş leytenant
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı

Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub.[1] 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Bakı şəhərinin Xətai rayonunda yaşamağa başladılar. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alaraq oranı bitirmişdir. Teymur Məcidzadə "Neftçi" FK-nun sadiq fanatlarından idi. Ailə həyatı qurmamışdı.

Hərbi xidməti

Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, FüzuliŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə öz canını fəda edərək savaşmışdır. Teymur Məcidzadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub[2]. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[7]

Xatirəsi

2023-cü ildə Teymur Məcidzadə haqqında Könül Fazilqızının “Şuşada bitən yuxu” kitabı işıq üzü görüb.[8]

Təltifləri

İstinadlar