Tiran Kelekyan

Tiran Kələkyan (erm. Տիրան Քէլէկեան; 1862[1][2], Kayseri20 oktyabr 1915, Çanqırı) — Osmanlı ermənisi jurnalist, yazıçı və siyasi tarixçi.

Tiran Kelekyan
q.erm. Տիրան Քէլէկեան
Doğum tarixi1862[1][2]
Doğum yeri
Vəfat tarixi20 oktyabr 1915(1915-10-20)
Vəfat yeri
Vəfat səbəbierməni soyqırımı
Fəaliyyətijurnalist, yazıçı, universitet müəllimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tiran Kələkyan 1862-ci ildə Sərraf Qriqor Kələkyan Əfəndinin oğlu olaraq Osmanlı imperiyasında, Kayseridə anadan olmuşdur. O, 1880-ci ildə ticarət məktəbində oxumaq üçün Marselə göndərilmişdir. Kələkyan qayıdandan sonra jurnalist və hüquqşünas olmuşdur. O, erməni əlifbası ilə türkcə çıxan "Mənzumə-i Əfkar" qəzetinin redaktoru, erməni əlifbası ilə türkcə çıxan "Cahan" qəzetini bir il nəşr etdirmiş, eyni zamanda Həmid Vəhbinin "Səadət" qəzetində tərcüməçi, sonra isə redaktor olmuşdur. Kələkyan "Tarik Sabah" və "Cəridə-i Şərqiyyə" qəzetlərində yazıçı və baş redaktor olaraq çalışmış, ardınca 1904-cü ildə Londona köçmüşdür. O, 1908-ci ildə konstitusiyalı monarxiyanın elan edilməsi ilə İstanbula qayıtmışdır.[3] Kələkyan "Sabah" qəzetinin siyasi baş redaktoru olmuş, həmçinin 1909-–-cü illər arasında "Məktəb-i hərbiyyə" və "Məktəb-i mülkiyyə" kimi məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.[4] O, 24 aprel 1915-ci ildə həbs edilərək Çanqırıya göndərilmişdir.[5][6][7] Kələkyan 20 oktyabr 1915-ci ildə bir qrup əsgərin müşayiəti ilə məhkəmə qarşısına çıxarılmaq üçün hərəkət etdiyi zaman Qızılirmaq çayı üzərində yerləşən Çoxgöz körpüsündə öldürülmüşdür.[8] Buna baxmayaraq, Əli Çanqaya onun 1 sentyabr 1918-ci ildə vəfat vəfat etdiyini iddia edir.[3]

İstinadlar