Turxan Məmmədov

Turxan Rizvan oğlu Məmmədov (9 avqust 1998; Gəncə, Azərbaycan27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Turxan Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGəncə, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriGəncə Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2017—2019 / 2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Turxan Məmmədov 1998-ci il avqustun 9-da Gəncə şəhərində anadan olub.[1] 2005-2009-cu illərdə Gəncə şəhərində 32 nömrəli tam orta məktəbdə, 2015-2016-cı illərdə isə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Hərbi xidməti

Turxan Məmmədov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Turxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Turxan Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı Gamışdağ istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar