Uillis Lemb

Uillis Yucin Lemb (12 iyul 1913[2][3][…], Los-Anceles, Kaliforniya[6]15 may 2008[2][3][…], Tuson, Arizona) — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşflərinə görə" fizika üzrə Nobel mükafatını qazanan amerikalı fizik.

Uillis Yucin Lemb
ing. Willis Eugene Lamb
Lemb 1955-ci ildə
Lemb 1955-ci ildə
Doğum tarixi12 iyul 1913(1913-07-12)[2][3][…]
Doğum yeri
Vəfat tarixi15 may 2008(2008-05-15)[2][3][…] (94 yaşında)
Vəfat yeri
Milliyyətiamerikalı
Elm sahələrifizika, lazer[1], optika[1], hidrogen[1]
İş yerləri
Alma-materBerkli Kaliforniya Universiteti
Təhsili
Elmi rəhbəriRobert Oppenheymer
Tanınmış yetirməsiTeodor Mayman
TanınırLemb sürüşməsi
Lazer
Kvant optikası
Üzvlüyü
MükafatlarıFizika üzrə Nobel mükafatı
ABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmin il Nobel Komitəsinin təqdim etdiyi mükafatı Lemb, "elektronun maqnit momentini dəqiq təyin etdiyinə görə" Polikarp Kuşla bölüşür. Lemb bir hidrogen atomunda elektron enerjilərində təəccüblü bir yerdəyişməni dəqiq müəyyən edə bilmişdi (bax Lemb sürüşməsi). Lemb Arizona Universitetinin Optik Elmlər Kollecinin professoru idi.

Həyatı

Lemb ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub və Los Anceles Liseyində təhsil alıb. 1934-cü ildə Berkli Kaliforniya Universitetində kimya üzrə bakalavr dərəcəsini tamamlayır. C. Robert Oppenheymerin rəhbərliyi altında neytronların kristal tərəfindən səpilməsinə dair nəzəri işə görə o,1938-ci ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini qazanır.[7] O, nüvə nəzəriyyəsi, lazer fizikası və kvant mexanikasının yoxlanılması üzərində işləmişdir.[8]

Lemb 1951-1956-cı illərdə Stenford Universitetində fizika professoru olaraq çalışıb.[9] Lemb 1956-1962-ci illərdə Oksford Universitetində fizika üzrə professor olub, həmçinin Yel, Kolumbiya və Arizona Universitetlərində dərs deyib. 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir.[10]

D.Kayzer Lembi "nadir nəzəriyyəçiyə çevrilmiş eksperimentalist" kimi vurğulayıb.[11]

Kvant fizikası

Lemb sürüşməsi vasitəsilə kvant elektrodinamikasına mühüm və məşhur töhfəsinə əlavə olaraq, karyerasının son illərində o, kvant ölçmələri sahəsinə olan diqqətini daha da artırdı.[12][13][14] Lemb yazılarının birində "Kvant mexanikasından istifadə edən insanların çoxunun mövzunun təfsiri haqqında çox şey bilməyə ehtiyacı yoxdur." deyə qeyd edirdi.[14] Lemb həmçinin kvant mexanikasına dair bir çox təfsir tendensiyalarını açıq şəkildə tənqid edirdi.[15]

Şəxsi həyatı

1939-cu ildə Lemb Latın Amerikasının tanınmış tarixçisi olan (və onun soyadını daşıyan) ilk həyat yoldaşı, alman tələbəsi Ursula Şeferlə evlənir.[16][17] 1996-cı ildə Ursulanın vəfatından sonra o, fizik Bruria Kaufman ilə evlənsə də, sonradan onlar ayrılırlar. 2008-ci ildə o, Elsi Vattsonla evlənir.

Lemb 2008-ci il mayın 15-də 94 yaşında öd daşı xəstəliyinin ağırlaşması səbəbi ilə vəfat edir.

İstinadlar

Xarici keçidlər