Ukrayna qadın milli voleybol komandası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Ukrayna
Reytinqdə sırası 46 (2014 yanvar ayı üçün)[1]
KonfederasiyaCEV
FederasiyaUVF
MəşqçiUkrayna Volodimir Buzaiev
İnternet Saytı Ukrayna Voleybol Federasiyası
Olimpiya oyunları
İştirakı1 dəfə (1996-cı il)
Ən yaxşı nəticəsi11-ci yer
Dünya çempionatı
İştirakı1 dəfə (1994-cü il)
Ən yaxşı nəticəsi11-ci yer
Avropa çempionatı
İştirakı5 dəfə (debütü 1993-cü il)
Ən yaxşı nəticəsi3-cü yer : 1993

Ukrayna qadın milli voleybol komandasıUkraynanın ən yaxşı voleybolçularını özündə cəmləyən milli komanda. Bu komanda Ukrayna voleybolunun son illərdəki enişi səbəbindən önəmli beynəlxalq turnirlərin heç birinə qatıla bilmir. Bu üzdən də Avropada elə də tanınmır.

Tariximənbəni redaktə et

Ukrayna qadın milli voleybol komandası SSRİ-nin dağılmasından sonra (Ukrayna müstəqil olduqdan sonra) yaranmış və 1992-ci ildən beynəlxalq yarışlarda iştirak etmişdi. Beş qat dünya çempionu SSRİ-nin voleybol mədəniyyətini özündə toplaya bilən Ukrayna 1993-cü ildə Avropa qadınlar voleybol çempionatının final mərhələsinə vəsiqə qazana bilmişdi. Həmin millidən əslən ukraynalı voleybolçuları heyətinə cəlb edən komanda heyətini Avropanın əsas liqalarında çıxış edən oyunçulardan təşkil etmişdi. Bunun məntiqi nəticəsi kimi həmin Avropa çempionatının bürünc medalına da yiyələnmişdi.[2]

Ukrayna 1994-cü ildə tarixində ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazana bilmişdi. Turnirdə 11-ci yeri tutan komanda bir daha bu mötəbər turnirdə iştirak edə bilməmişdi.

XX əsrin sonlarından etibarən Ukraynada dünya səviyyəli voleybolçularının yaşlanması, əvəzində isə gözlənilən gənc oyunçuların gəlməməsi böyük enişə səbəb olmuşdu. Avropa çempionatında üçüncülük yaşayan komandadan demək olar ki, əsər-əlamət qalmamışdı. Milli yığma uzun illər heç bir beynəlxalq turnirə vəsiqə qazana bilmirdi. Bunun əsas səbəblərindən biri də Ukrayna vətəndaşı olan voleybolçuların öz milli komandalarını seçməmələri idi. Belə ki, bir çox voleybolçu bu ölkənin vətəndaşı olmasına baxmayaraq ayrı-ayrı güclü milli komandaları seçirdi. Bu oyunçuların ən başında Azərbaycan milli komandasında oynayan əslən ukraynalı olan dünyaca məşhur voleybolçu Natalya Məmmədova gəlir.

2011-ci ildə səkkiz illik fasilədən sonra Avropa çempionatında iştirak etməsinə baxmayaraq qrupunda sonuncu yeri tutmuş və turnirlə ərkən vidalaşmışdı.

2014-cü ildə dünya çempionatının seçmə mərhələsində Türkiyə, Rumıniya və Kipr milliləri ilə eyni qrupa düşən komanda qrupda üçüncü yeri tutaraq final mərhələsinin biletini ala bilməmişdi. Həmin vaxt komandanın heyətində aşağıdakı oyunçular yer alırdı: Novgorodçenko, Kodola, Truşkina, Zakhozha, Savençuk, Pervukhina, Delros, Stepançuk, Lisienkova[3]

Heyətimənbəni redaktə et

2014-cü il üçün əsas heyəti

  • Baş məşqçi : Ukrayna Volodimir Buzaiev
NömrəOyunçunun adıMövqeyiÇıxış etdiyi klub
1Yekaterina KalçenkoBlokçuUkrayna Ximki
2Маrinа ZaxojayaHücumçuUkrayna Ximki
3İrina TruşkinaBlokçuUkrayna Ximki
5Yuliya PervuxinaBlokçuUkrayna Ximki
6Anna BurbelyukHücumçuUkrayna Severodonçanka
9Tatyana XilyukToppaylayıcıUkrayna Ximki
10Anna LisenkovaHücumçuUkrayna Severodonçanka
11Alina StepançukLiberoUkrayna Ximki
12Viktoriya DelrosLiberoUkrayna Qalçanka TNZU
13Yelena NovqorodçenkoToppaylayıcıUkrayna Ximki
15Olqa SavençukHücumçuUkrayna Ximki
16Nadejda KodolaHücumçuUkrayna Ximki

Əsas turnirlərdə qazandığı nəticələrmənbəni redaktə et

Olimpiya Oyunlarımənbəni redaktə et

İlTəşkilatçı şəhərNəticəsi
1996ABŞ Atlanta11-ci
yer
2000Avstraliya Sidneytəsnifat keçilmədi
2004Yunanıstan Afinatəsnifat keçilmədi
2008Çin Pekintəsnifat keçilmədi
2012Böyük Britaniya Londontəsnifat keçilmədi
2016Braziliya Rio de Janeiro?

Dünya Çempionatımənbəni redaktə et

İlTəşkilatçı ölkəNəticəsi
1994Braziliya Braziliya11-ci
yer
1998Yaponiya Yaponiyatəsnifat keçilmədi
2002Almaniya Almaniyatəsnifat keçilmədi
2006Yaponiya Yaponiyatəsnifat keçilmədi
2010Yaponiya Yaponiyatəsnifat keçilmədi
2014İtaliya İtaliyatəsnifat keçilmədi

Avropa Çempionatımənbəni redaktə et

İlTəşkilatçı ölkəNəticəsi
1993Çexiya Çexiya
Bürünc medal
1995Niderland Niderland7-ci
yer
1997Çexiya Çexiya7-ci
yer
1999İtaliya İtaliyatəsnifat keçilmədi
2001Bolqarıstan Bolqarıstan4-cü
yer
2003Türkiyə Türkiyə9-cu
yer
2005Xorvatiya Xorvatiyatəsnifat keçilmədi
2007Belçika Belçika/Lüksemburq Lüksemburqtəsnifat keçilmədi
2009Polşa Polşatəsnifat keçilmədi
2011Serbiya Serbiya/İtaliya İtaliya15-ci
yer
2013Almaniya Almaniya/İsveçrə İsveçrətəsnifat keçilmədi

İstinadlarmənbəni redaktə et

Xarici keçidlərmənbəni redaktə et

Naviqasiya menyusu