Ukrayna qadın milli voleybol komandası

Ukrayna
Reytinqdə sırası 46 (2014 yanvar ayı üçün)[1]
KonfederasiyaCEV
FederasiyaUVF
MəşqçiUkrayna Volodimir Buzaiev
İnternet Saytı Ukrayna Voleybol Federasiyası
Olimpiya oyunları
İştirakı1 dəfə (1996-cı il)
Ən yaxşı nəticəsi11-ci yer
Dünya çempionatı
İştirakı1 dəfə (1994-cü il)
Ən yaxşı nəticəsi11-ci yer
Avropa çempionatı
İştirakı5 dəfə (debütü 1993-cü il)
Ən yaxşı nəticəsi3-cü yer : 1993

Ukrayna qadın milli voleybol komandasıUkraynanın ən yaxşı voleybolçularını özündə cəmləyən milli komanda. Bu komanda Ukrayna voleybolunun son illərdəki enişi səbəbindən önəmli beynəlxalq turnirlərin heç birinə qatıla bilmir. Bu üzdən də Avropada elə də tanınmır.

Tarixi

Ukrayna qadın milli voleybol komandası SSRİ-nin dağılmasından sonra (Ukrayna müstəqil olduqdan sonra) yaranmış və 1992-ci ildən beynəlxalq yarışlarda iştirak etmişdi. Beş qat dünya çempionu SSRİ-nin voleybol mədəniyyətini özündə toplaya bilən Ukrayna 1993-cü ildə Avropa qadınlar voleybol çempionatının final mərhələsinə vəsiqə qazana bilmişdi. Həmin millidən əslən ukraynalı voleybolçuları heyətinə cəlb edən komanda heyətini Avropanın əsas liqalarında çıxış edən oyunçulardan təşkil etmişdi. Bunun məntiqi nəticəsi kimi həmin Avropa çempionatının bürünc medalına da yiyələnmişdi.[2]

Ukrayna 1994-cü ildə tarixində ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazana bilmişdi. Turnirdə 11-ci yeri tutan komanda bir daha bu mötəbər turnirdə iştirak edə bilməmişdi.

XX əsrin sonlarından etibarən Ukraynada dünya səviyyəli voleybolçularının yaşlanması, əvəzində isə gözlənilən gənc oyunçuların gəlməməsi böyük enişə səbəb olmuşdu. Avropa çempionatında üçüncülük yaşayan komandadan demək olar ki, əsər-əlamət qalmamışdı. Milli yığma uzun illər heç bir beynəlxalq turnirə vəsiqə qazana bilmirdi. Bunun əsas səbəblərindən biri də Ukrayna vətəndaşı olan voleybolçuların öz milli komandalarını seçməmələri idi. Belə ki, bir çox voleybolçu bu ölkənin vətəndaşı olmasına baxmayaraq ayrı-ayrı güclü milli komandaları seçirdi. Bu oyunçuların ən başında Azərbaycan milli komandasında oynayan əslən ukraynalı olan dünyaca məşhur voleybolçu Natalya Məmmədova gəlir.

2011-ci ildə səkkiz illik fasilədən sonra Avropa çempionatında iştirak etməsinə baxmayaraq qrupunda sonuncu yeri tutmuş və turnirlə ərkən vidalaşmışdı.

2014-cü ildə dünya çempionatının seçmə mərhələsində Türkiyə, Rumıniya və Kipr milliləri ilə eyni qrupa düşən komanda qrupda üçüncü yeri tutaraq final mərhələsinin biletini ala bilməmişdi. Həmin vaxt komandanın heyətində aşağıdakı oyunçular yer alırdı: Novgorodçenko, Kodola, Truşkina, Zakhozha, Savençuk, Pervukhina, Delros, Stepançuk, Lisienkova[3]

Heyəti

2014-cü il üçün əsas heyəti

  • Baş məşqçi : Volodimir Buzaiev
NömrəOyunçunun adıMövqeyiÇıxış etdiyi klub
1Yekaterina KalçenkoBlokçu Ximki
2Маrinа ZaxojayaHücumçu Ximki
3İrina TruşkinaBlokçu Ximki
5Yuliya PervuxinaBlokçu Ximki
6Anna BurbelyukHücumçu Severodonçanka
9Tatyana XilyukToppaylayıcı Ximki
10Anna LisenkovaHücumçu Severodonçanka
11Alina StepançukLibero Ximki
12Viktoriya DelrosLibero Qalçanka TNZU
13Yelena NovqorodçenkoToppaylayıcı Ximki
15Olqa SavençukHücumçu Ximki
16Nadejda KodolaHücumçu Ximki

Əsas turnirlərdə qazandığı nəticələr

Olimpiya Oyunları

İlTəşkilatçı şəhərNəticəsi
1996 Atlanta11-ci
yer
2000 Sidneytəsnifat keçilmədi
2004 Afinatəsnifat keçilmədi
2008 Pekintəsnifat keçilmədi
2012 Londontəsnifat keçilmədi
2016 Rio de Janeiro?

Dünya Çempionatı

İlTəşkilatçı ölkəNəticəsi
1994 Braziliya11-ci
yer
1998 Yaponiyatəsnifat keçilmədi
2002 Almaniyatəsnifat keçilmədi
2006 Yaponiyatəsnifat keçilmədi
2010 Yaponiyatəsnifat keçilmədi
2014 İtaliyatəsnifat keçilmədi

Avropa Çempionatı

İlTəşkilatçı ölkəNəticəsi
1993 Çexiya
Bürünc medal
1995 Niderland7-ci
yer
1997 Çexiya7-ci
yer
1999 İtaliyatəsnifat keçilmədi
2001 Bolqarıstan4-cü
yer
2003 Türkiyə9-cu
yer
2005 Xorvatiyatəsnifat keçilmədi
2007 Belçika/ Lüksemburqtəsnifat keçilmədi
2009 Polşatəsnifat keçilmədi
2011 Serbiya/ İtaliya15-ci
yer
2013 Almaniya/ İsveçrətəsnifat keçilmədi

İstinadlar

Xarici keçidlər