Ukraynanın qəhrəman şəhəri

Ukraynanın qəhrəman şəhəri (ukr. Місто-герой України) — 6 mart 2022-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən Rusiyanın Ukraynaya hücumunu dəf etməkdə fərqlənmiş şəhərlər üçün təsis edilmiş fəxri ad[1].

Prezidentin 111/2022 saylı fərmanında qeyd edilir ki, bu qərarın məqsədi “Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün dəf edilməsi zamanı öz şəhərlərinin müdafiəsində göstərdikləri şücaət, kütləvi qəhrəmanlıq və mətanətə” ehtiram göstərməkdir[2]. Bu qərarı şərh edən Zelenski qeyd edib ki, yeni titul SSRİ-də təsis edilmiş və Böyük Vətən Müharibəsində fərqlənməyə görə verilən keçmiş qəhrəman şəhər titulunu xatırladır: o zamankı qəhrəman şəhərlər, Zelenskinin sözlərinə görə, “daha ​​bir işğala tab gətirdilər, lakin çox oxşar bir işğal. İndi isə, başqa bir işğal, lakin ondan daha amansız işğal”[3].

Ukraynanın qəhrəman şəhərləri

6 mart 2022-ci ildə bu ada layiq görülən ilk şəhərlər:

24 mart 2022-ci ildə "Ukraynanın Qəhrəman Şəhəri" adı daha dörd şəhərə verildi:

2022-ci ilin aprelində Kiyevdə Sovet Tankçıları - Kiyevi Azad edənlər abidəsinin yanında Ukraynanın qəhrəman şəhərlərinə həsr olunmuş stendlərlə xiyaban yarandı - bu stendlər burada 1982-ci ildə SSRİ-nin qəhrəman şəhərlərinə həsr olunmuş stelları əvəz etdi.

İstinadlar