Uzaq (film, 2002)

Uzaq — 2002-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi.

Uzaq
türk. Uzak
Janrdram filmi[1]
Əsas mövzuOrta yaş böhranı[2]
Rejissor
Prodüser
İcraçı prodüserNuri Bilgə Ceylan
Ssenari müəllifləri
Operator
Bəstəkar
MontajçıNuri Bilgə Ceylan
İlk baxış tarixi2002, 3 fevral 2005[3]
Müddət109 dəq.
Ölkə
Diltürk dili
Rəngrəngli
Çəkiliş yeriİstanbul, Türkiyə
IMDbID0346094

Film haqqında

Yenə Müzəffər Özdemir, Emin Toprak və Nuri Bilge Ceylan triosu Avropanı fəth edir. Bu dəfə "Kann"da "Jüri mükafatı" Nuriyə bu böyük filminə görə təqdim edilir. "Antalya", "İstanbul", "Ankara", "Meksika", "Çikaqo", "Monpelye", "Trieste", "Beyrut" film festivallarında, "Siyad" və "Orhan Anburnu mükafatları"nda qucaq dolusu mükafatlar qazanır. "Uzaq" avtobioqrafiya kimi qeyd olunmasa da Nurinin həyatına bələd olan insan bu filmdə onu asanlıqla görə bilər. Mükəmməl görüntülərlə Avropa rejissorlarına meydan oxudu bu filmi ilə Nuri və illər sonra Kannda yenə alqışlar bir Türk üçün coşdu. Yusuf Güney və Şerif Görenden sonra Nuri Bilge Ceylan vətənini layiqincə təmsil etmişdi. Həm də çox az büdcəsi olan filmlə. Film tənqidçilər tərəfindən də müsbət qarşılandı və hazırda da müxtəlif sorğularda son 20 ilin ən yaxşı 10 filmindən biri kimi qeyd olunur. Nuri bu filmi ilə Kşiştof Keslevski və Tarkovskidən təsirlənib.

Filmdə əsas rola görə Kann, Ankara və Antalyada "Ən yaxşı aktyor" olan Mehmet Emin Toprak "Ankara festivalı"ndan qayıdarkən yol qəzasına uğrayır və 28 yaşında dünyasını dəyişir. Bu Nuri Bilge Ceylan üçün faciə olur və rejissor bu itki ilə uzun müddət barışa bilmir.

Rollarda

  • Muzaffer Özdemir ~ Mahmut
  • Mehmet Emin Toprak ~ Yusuf
  • Zuhal Gencer Erkaya ~ Nazan
  • Nazan Kırılmış
  • Ebru Yapıcı
  • Feridun Koç
  • Fatma Ceylan

İstinadlar

Xarici keçidlər