Vironika Dumbrevyanu

Vironika Dumbrevyanu (rum. Viorica Dumbrăveanu 23 dekabr 1976, Kişinyov) — Moldovalı qadın siyasətçi. Hüquq magistri. 14 noyabr 2019-cu ildən etibarən İon Kikunun rəhbərlik etdiyi Kiku hökumətində Moldova Respublikasının Səhiyyə, Əmək və Sosial Müdafiə naziri. 29 iyul-14 noyabr 2019-cu il tarixlərində Moldova Respublikası Prezidentinin sosial məsələlər üzrə müşaviri[1][2][3].

Vironika Dumbrevyanu
rum. Viorica Dumbrăveanu
Doğum tarixi23 dekabr 1976(1976-12-23) (47 yaş)
Doğum yeri
Təhsili
  • Moldova Dövlət Universiteti[d] (19972001)
Fəaliyyətihüquqşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

23 dekabr 1976-cı ildə Kişinyovda anadan olmuşdur. 1994-1997-ci illərdə Respublika İnformatika Kollecində (Colegiul Republic de Informatică, hazırda - Centrul de Excelenin Informatică Tehi Tehnologii, CEITI) Hüquq Fakültəsində ümumi hüquq üzrə təhsil alır. 1997-2001-ci illərdə Moldova Dövlət Universitetində hüquq ixtisası üzrə təhsilini davam etdirmişdir. 2003-cü ildə cinayət hüququ və kriminologiya ixtisası üzrə hüquq magistri dərəcəsi almışdır[4][5].

2002-2003-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə İdarəsində baş məsləhətçi kimi çalışmışdır. 2003-2005-ci illərdə Risk və bərabər imkanlarda övladları olan ailələrin problemləri şöbəsinin müdiri, 2005-2007-ci illərdə məsləhətçi, 2007-2008-ci illərdə Sosial Müdafiə, Ailə və Uşaq Nazirliyinin Ailə və uşağın müdafiəsi şöbəsinin müdiri, 2008-2009-cu illərdə nazir Larisa Katriniçin müavini, 2009-2016-cı illərdə Ailə və uşaq hüquqlarının müdafiəsi siyasəti şöbəsinin müdiri, 2016-2017-ci illərdə isə nazir Rusand Qlavanın müavini kimi işləmişdir. 2017-ci ildə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sosial Müdafiə üzrə Dövlət Katibi təyin edilir. 29 iyul 2019-cu ildə Prezident İqor Dodon tərəfindən Moldova Respublikası Prezidentinin sosial məsələlər üzrə müşaviri təyin edilir. 14 noyabr 2019-cu ildə Kikunun hökumətində Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirinin portfelini alır.

Rusingilis dillərində sərbəst danışır[5].

Ailəlidir. İki övladı var.

2010-cu ildə "Mülkiyyətə görə" medalı ilə təltif edilmişdir.

İstinadlar