Xəlil Ağayev

Xəlil Pənah oğlu Ağayev (7 dekabr 1998, Zopun, Cəlilabad rayonu27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Xəlil Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriZopun, Cəlilabad, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriQubadlı rayonu, Azərbaycan
Dəfn yeriZopun, Cəlilabad, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020

Həyatı

Xəlil Ağayev 1998-ci il dekabrın 7-də Cəlilabad rayonunun Zopun kəndində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Xəlil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı CəbrayılınQubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəlil Ağayev oktyabrın 27-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Zopun kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar