Xəzər dənizçiləri (film, 1944)

Xəzər dənizçiləri
Fayl:Xəzər dənizçiləri (film, 1944).jpg
Janrmüharibə
RejissorlarQriqori Aleksandrov
N.Bolşakov
Ssenari müəllifləriQriqori Aleksandrov
N.Bolşakov
OperatorlarCavanşir Məmmədov
N. Bolşakov
Q. Donets
Vladimir Yeremeyev
Seyfulla Bədəlov
BəstəkarQara Qarayev
İstehsalçılarBakı Kinostudiyası
MSFS
İlk baxış tarixi1944
Filmin növütammetrajlı sənədli film
Müddət63 dəq.
ÖlkələrSSRİ SSRİ
İl1944
Texniki məlumatlar8 hissə
1765,5 metr
35 mm
IMDbID0170102

Məzmun

Tammetrajlı sənədli filmdə müharibə dövrünün ən vacib kommunikasiyası olan Xəzər dənizinin müdafiəsində Xəzər dənizçilərinin qəhrəmanlığından, igidliyindən və qorxmazlığından bəhs olunur.

Filmin əvvəlki iki hissəsində Xəzərin sahilindəki dinc həyatdan, liman şəhərləri əhalisinin əməyindən, Lənkəranın subtropik plantasiyalarından, Türkmənistan pambıqçılarından, Xəzər dənizçilərinin istirahətindən, köhnə Bakının tarixindən, onun abidələrindən, şöhrətli Xəzər donanmasından-cəsur dənizçilərdən, gəmi təmirçilərindən, "qara qızıl"dan danışılır. Hitlerin Bakını almaq planını təsvir edən xarici kinoxronika göstərilir. Sonra filmdə Qafqaz dağlarından, Xəzər dənizində dənizçilərin müdafiədə necə durmalarından, cəbhəyə yanacaq və hərbi ləvazimat göndərilməsindən, Volqada, Həştərxanda bombardman zamanı yanğınların baş verməsindən, "Ağamalı oğlu" tankerinin düşmən təyyarələri tərəfindən bombalanmasından və s.-dən söhbət açılır. Film Qafqaz uğrunda döyüşlərin başlaması ilə qurtarır.

Filmin heyəti

Filmin üzərində işləyənlər

Rejissor: Qriqori Aleksandrov, N. Bolşakov
Ssenari müəllifi: Qriqori Aleksandrov, N. Bolşakov
Mətnin Müəllifi: B. Aqapov
Operator: Cavanşir Məmmədov, N. Bolşakov, Q. Donets, Vladimir Yeremeyev, Seyfulla Bədəlov
Bəstəkar: Qara Qarayev
Səs operatoru: V. Kotov, Y. Kaşkeviç
Rejissor assistenti: Niyazi Bədəlov

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 83–84.

Həmçinin bax