Xalid Kamranlı

Xalid Kazım oğlu Kamranlı (23 sentyabr 1999; İmişli rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Xalid Kamranlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBəhrəmtəpə, İmişli, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriTərtər rayonu, Azərbaycan
Dəfn yeriBəhrəmtəpə, İmişli, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

Həyatı

Xalid Kamranlı 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Xalid Kamranlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Kamranlı oktyabrın 15-də Talış istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar