Xansu Qurbanov

Xansu Qurbanov (23 sentyabr 2000, Naxçıvan9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Xansu Qurbanov
Xansu Elsevər oğlu Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi23 sentyabr 2000(2000-09-23)
Doğum yeriNaxçıvan, Azərbaycan
Vəfat tarixi9 noyabr 2020(2020-11-09) (20 yaşında)
Vəfat yeri
Dəfn yeriNaxçıvan, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri2018–2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Şuşanın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri

"Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

"Füzulinin azad olunmasına görə" medalı — 2021 "Xocavəndin azad olunmasına görə" medalı — 2021

Həyatı

Xansu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub.[1] 2006–2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Hərbi xidməti

Xansu Qurbanov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Xansu Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xansu Qurbanov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri

İstinadlar