Xose Lopes Portilyo

Xose Gilyermo Abel Lopes Portilyo-i-Paçeko (isp. José Guillermo Abel López Portillo y Pacheco; 16 iyun 1920[1][2][…], Mexiko17 fevral 2004[1][2][…], Mexiko) — Meksika siyasətçisi, 1 dekabr 1976-cı ildən 30 noyabr 1982-ci ilə qədər Meksika Prezidenti.

Xose Lopes Portilyo
isp. José Guillermo Abel López Portillo y Pacheco
1 dekabr 1976 – 30 noyabr 1982
ƏvvəlkiLuis Eçeverria
SonrakıMigel de la Madrid
Şəxsi məlumatlar
Doğum adıJosé Guillermo Abel López Portillo y Pacheco
Doğum tarixi16 iyun 1920(1920-06-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi17 fevral 2004(2004-02-17)[1][2][…] (83 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyətisiyasətçi, vəkil, universitet müəllimi[d], yazıçı
Uşağı5
Dinikatolisizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1945-ci ildə İnstitusional İnqilab Partiyasına (İİP) qoşulmuşdur. Tezliklə partiyanın önəmli üzvlərindən birinə çevrilmişdir. Digər dövlət vəzifələri arasında o, 1970-ci ildə İrs maziri, 1973–1975-ci illərdə Maliyyə və Dövlət Krediti katibi vəzifələrində çalışmışdır. 1976–1982-ci illərdə Meksika Prezidenti olmuşdur. Prezidentliyi dövründə o, parlamenti genişləndirərək müxalifətin minimum təmsilçiliyini təmin etmişdir. Bu, İİP-nin hər yerdə mövcudluğunu daha az bariz etmişdir. O, Tabasko və Verakruz ştatlarında həmin illərdə aşkar edilmiş neft ehtiyatlarının istismarı və ixracının tərəfdarı olmuşdur. Bu ticarətdən əldə edilən gəlirin çox hissəsini korrupsioner məmurlar yayındırmışdılar. 1981-ci ildə neftin qiymətinin düşməsindən sonra yığılmış xarici borc dövlət maliyyəsinin iflasa uğramasına səbəb olmuşdur. Xarici siyasətdə o, Üçüncü dünya ölkələrinə yanaşmaya üstünlük vermişdir. O, dövlət nəzəriyyəsi ilə bağlı kitablar və bəzi romanlar yazmışdır. Prezidentliyindən sonra 1990-cı illərin ortalarına qədər demək olar ki, həmişə Avropada yaşamışdır.[3]

İstinadlar

Əlavə ədəbiyyat

  • Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. ISBN 1-56584-616-8
  • Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9

Xarici keçidlər