Yaşılırmaq

Türkiyə ərazisində çay

Yaşılırmaq (türk. Yeşilırmak) — Sivasın şimalındakı Zara ilçəsi ərazisində yerləşən Kösədağ ətəyindən mənbəyini götürən və Qara dənizə tökülən çay. Köhnə adı İris olmuşdur.[1]

Yaşılırmaq
türk. Yeşilırmak
Amasya şəhərinin mərkəzindən çayın görünüşü
Amasya şəhərinin mərkəzindən çayın görünüşü
Ölkə Türkiyə
MənbəyiZara, Sivas, Türkiyə
 • Yüksəkliyi10 m
MənsəbiQara dəniz
 • Yüksəkliyi0 m
Uzunluğu519 km
Su sərfi150 m³/s
Hövzəsinin sahəsi36144 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fiziki xüsusiyyətləri

519 km uzunluğunda olan Yaşılırmaq Tokat, AmasyaSamsun vilayətlərindən keçərək müxtəlif çaylarla birləşir.[2] 36 144 km² sahəsi ilə Türkiyə səthinin 5%-ni əhatə edir. Çay əsasən üç qolun birləşməsindən ibarətdir.[3][4]

Əsas qol olan Yaşılırmağa, Tokat çayı da deyilir.[5] Mənbəyi Sivasda SuşehriZara ilçələrinin sərhədləri daxilində yer alan Kösədağdır. Üzərində sahəsi 32 km² olan Almus bəndi var.[6]

Hövzəsi

Çayın hövzəsində, Turhal və Tokat arasında Qazova, cənubda Geldingen düzənliyi, Taşova və Çərşənbə düzənlikləri yer alır. Ladik gölü, Borabay gölü və Kaz gölü hövzənin hüdudlarında yerləşir.[7]

Yaşılırmaq çayı hövzəsinin bir hissəsi Samsun, Tokat, Amasya, Çorum, Yozgat, Sivas, Gümüşxanə, Girəsun, Ordu, ƏrzincanBayburt vilayətlərinə düşür. Çayın hövzəsi, Coruh hövzəsi, Şərqi Qara dəniz, Fırat-Dəclə və Qızılırmaq hövzələri ilə qonşudur.[8]

Çərşənbə ilçəsində çayın əmələ gətirdiyi Yaşılırmaq deltası yer alır.[9]

Bəndlər

Almus, Ataköy, Həsən Uğurlu və Suat Uğurlu, Kılıçkaya, Sürəyyabəy bəndlərinin qurulduğu Yaşılırmaq çayı, nizamsız bir rejimə sahibdir. Qədim filosof Strabonun əsərlərində çayın adı İris kimi qeydə alınmışdır.[10]

İstinadlar

Həmçinin bax