Yaşıl qılıncbalıq

Yaşıl qılıncbalıq (lat. Xiphophorus hellerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin qılıncbalıq cinsinə aid heyvan növü.

Yaşıl qılıncbalıq
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Ranqsız:
Ovalentaria
Yarımdəstə:
Cyprinodontoidei
Fəsiləüstü:
Poecilioidea
Fəsilə:
Yarımfəsilə:
Poeciliinae
Triba:
Poeciliini
Növ:
Yaşıl qılıncbalıq
Beynəlxalq elmi adı

Yaşıl qılıncbalıq əsasən gur axıntıya sahib Mərkəzi Amerika çaylarında, istiliyi 20-30 dərəcəyə çatan şirin sularda yaşayır. Bu balıqlar üçün ideal su istiliyi +26-28 dərəcədir. Dişi fərdlər erkək fərdlərdən daha böyük olur. Erkək fərdlər quyruqlarında qılıncı xatırladan çıxıntı ilə fərqlənir. Yosunla qidalanırlar, quru yemlərinin tərkibində spirulinanın olması sağlam inkişafları üçün vacib əhəmiyyət daşıyır. Yağlanmamaları, iç parazitlərin meydana gəlməməsi üçün canlı yem və bol zülallı qidalarla az bəslənmələri gərəkdir.

Erkək fərdlər bir-birinə qarşı aqressiv davranır; ancaq akvariumdakı başqa balıq növləri ilə yaxşı yola gedirlər. Əsasən suyun orta və üst hissəsində üzürlər. İçində bol oksigen və açıq sahələri olan bitkiləndirilmiş akvariumları sevirlər. Balalarını canlı doğur, asan çoxalırlar. Digər canlı doğan balıqlar kimi akvariumda dişi fərd sayı erkək fərd sayından ən azı iki dəfə çox olmalıdır. Bu nisbət davamlı cütləşmək istəyən və dişini qovan erkək fərdin hədəflərini çoxaldaraq dişi fərdlərin yorulmamasını təmin edir. Sıx bitkilər balalarının həyatda qalmaq şansını artırır.

İstinadlar

Həmçinin bax