Yad əllərdə: Kindertransport hekayələri

Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film.

Yad əllərdə: Kindertransport hekayələri
ing. Into the Arms of Strangers: Stories of the Kindertransport
JanrSənədli film
Əsas mövzuİkinci Dünya müharibəsi, Holokost
RejissorMark Conatan Harris
ProdüserDebora Oppenhaymer
Ssenari müəllifiMark Conatan Harris
Baş roldaCudi Denç (hekayəçi)
BəstəkarLi Holdric
İstehsalçıWarner Bros.
DistribütorWarner Bros., Netflix
İlk baxış tarixi7 sentyabr 2000 (ABŞ)
24 noyabr 2000 (Böyük Britaniya)
Müddət122 dəqiqə
ÖlkələrABŞ ABŞ
Böyük Britaniya Birləşmiş Krallıq
Dilingilis dili
İl2000
Rəngrəngli
IMDbID0248912
MükafatlarıAcademy Award for Best Documentary Feature Film

Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir.

Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb.[1] "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[2]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax