Yan zərər

Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər[1][2][3][4] – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır[5]. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur[6][7].

1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər[8].

“Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər[9][10][11][12].

İstinadlar