Yasən Mehdiyev

İkinci Qarabağ müharibəsi şəhidi

Yasən Alim oğlu Mehdiyev (5 iyul 2001, Tərtər21 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Yasən Mehdiyev
Yasən Alim oğlu Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi5 iyul 2001(2001-07-05)
Doğum yeri
Vəfat tarixi21 oktyabr 2020(2020-10-21) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2021, "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı

Yasən Mehdiyev 5 iyul 2001-ci ildə Tərtərdə anadan olub.[2][3][4]

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Yasən Mehdiyev Füzuli və Hadrutun azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur. Tərtərdə dəfn edilmişdir..[5][6][7]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]

Təltifləri

İstinadlar