Yasər Bəkirov

Yasər Əfqan oğlu Bəkirov (19 may 2002; Quşçu, Şamaxı rayonu10 noyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Yasər Bəkirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQuşçu, Şamaxı, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeriTərtər, Azərbaycan
Dəfn yeriŞamaxı Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Yasər Bəkirov 2002-ci il mayın 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub.[1] 2008-2019-cu illərdə F.Əzməmmədov adına Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Yasər Bəkirov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Yasər Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb.

Yasər Bəkirov oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasər Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

Xarici keçidlər

İstinadlar