Yasin Adli

Yacine Adli (29 iyul 2000[1][2], Vitri-sür-Sen) — Əlcəzair əsilli Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.

Yasin Adli
fr. Yacine Adli
Ümumi məlumatlar
Doğum tarixi29 iyul 2000(2000-07-29)[1][2] (23 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu1,86 m
Mövqeyiyarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

29 iyul 2000-ci ildə anadan olub.

Klub karyerası

PSJ

Yasin Adli 2013-cü ildə "PSJ" klubunun uşaq komandasına qoşulur. Adli 19 may 2018-ci ildə "PSJ"-nin əsas heyətində, Liqa 1 matçında "Kann" klubuna qarşı oyunda debüt edir. O, səfərdə 0:0 hesablı heç-heçə ilə bitən oyunun 83 dəqiqəsində Kristofer Nkunku əvəz edir.[5]

2 iyul 2018-ci ildə Adli "PSJ" ilə ilk peşəkar müqaviləsini imzalayır.[6]

Bordo

31 yanvar 2019-cu ildə, 2018–19 qış transfer pəncərəsinin son günü, Adli "PSJ"nin liqadakı rəqiblərindən olan "Bordo" klubuna transfer olunur. Futbolçu yeni klubu ilə 4+0.5 illik müqavilə bağlayır. Transferin qiyməti 5,5 milyon avro və növbəti satışdan 40% qazanc şərti ilə olur.[7][8]

"Bordo" klubunun heyətində 67 oyun keçirir və 5 qol vurur.

Milan

31 avqust 2021-ci ildə Adlinin İtaliya nəhəngi "Milan" klubu ilə 5 illik müqavilə imzaladığı açıqlanır.[9] Milan bu transfer üçun Bordoya 8 milyon avro ödəyir.[10] O, 2021–22 mövsümünün qalan hissəsi üçün yenidən kluba icarəyə verilir və "Bordo"nun heyətində meydana çıxdığı 32 oyunda 1 qol vurur.

Milli komanda karyerası

O, Fransanın gənclərdən ibarət Milli komandasının oyunçusudur və 2017-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında və 2017-ci il FIFA U-17 Dünya Kubokunda Fransa U17-ni təmsil etmişdir.

İstinadlar

Xarici keçidlər