Yaytsenin mühasirəsi (1463)

Yaytsenin mühasirəsi — 1463-cü ildə, Osmanlı–Macarıstan müharibələri zamanı Yaytse şəhərinin və onun qalasının Osmanlı imperiyası tərəfindən mühasirəyə alınması, Bu, Osmanlı imperiyasının Bosniya krallığının böyük hissəsini fəth etmək cəhdi idi. Yürüşün ilk günlərində Travnik və Bobovats kral qalasının ələ keçirilməsindən sonra sultanın başçılığı ilə Osmanlı qüvvələri şəhəri ələ keçirmişdilər. Tərəflərdən biri Bosniya kralı Stefan Tomasoviçi təqib etmiş və onu Klyuç qalasında əsir götürmüşdür. O, sonradan Yaytseyə gətirilərək burada edam edilmişdir. Tezliklə Osmanlı qoşunları geri çəkilmiş və şəhəri kiçik bir qarnizonun himayəsi altında buraxmışdır. Macarlar qalanı ələ keçirmək fürsətindən istifadə etmiş və nəticədə Osmanlının Bosniyada irəliləməsi hələlik dayandırılmışdır. Bosniyanın şimal hissəsi Macarıstanın nəzarəti altına alınmış, Yaytse banatı, Srebrenik banatı və "Bosniya krallığı" adlı bir kukla dövlət olmaqla üç inzibati vilayətə bölünmüşdür. Bu vəziyyət və Yaytse Macarıstan qarnizonu altında 1527-ci ilə qədər davam etmiş, həmin il Osmanlı qüvvələri nəhayət şəhəri ələ keçirmiş və şimalda Macarıstana, qərbdə isə Xorvatiya krallığının bir hissəsi olan Bihaça doğru irəliləmişdilər.[7][8][9]

Yaytsenin mühasirəsi
Osmanlının Bosniya və Herseqovinanı fəthi
Yaytse qalası müasir dövrdə
Yaytse qalası müasir dövrdə
Tarix23 sentyabr 1463 – 25 dekabr 1463
YeriYaytse, Bosniya krallığı
NəticəsiMacarıstanın qələbəsi
Ərazi dəyişikliyiMacarıstan Yayce və 60 digər kiçik yaşayış məntəqəsini yeni yaranmış Yaytse banatına birləşdirir[1]
Münaqişə tərəfləri

Macarıstan krallığı
Xorvatiya krallığı
Venesiya Respublikası
Bosniya krallığı
Müqəddəs Savva voyvodalığı
Raqusa Respublikası (logistika, məhsullar)[1]
Bohemiya muzdlu əsgərləri

Osmanlı imperiyası

Komandan(lar)

I Matyaş

Minnətoğlu Mehmed bəy

Tərəflərin qüvvəsi

4,000 qoşun (Settonun təxmini)[2]
25,000 (Banlakinin təxmini)[3]
14,000 süvari
5,000 qoşun (Toşiçin təxmini)[4]
40 Venesiya qalerası (qeydə baxın)[5]

7,000 (Dluqoşun təxmini)[3]
400 (Fesslerin təxmini)[3]
1500—2500 (Tallotsinin təxmini)[6]

Zəmin

1462-ci il Buda diyetasından başlayaraq bəzi Bosniya ilə Macarıstanın sərhədboyu qalaları artıq Macarıstan krallığı tərəfindən qorunurdu və Bosniya kralı Stefan Tomasoviç Macarıstan vassalı olaraq qəbul edilmişdir.[10] Bosniya kralı bundan sonra Bab-ı Aliyə xərac verməkdən imtina etmişdir. Nəticədə həm Osmanlı, həm də xristian tərəfləri müharibəyə hazırlaşmağa başlamışdılar.[11]

Sultan II Mehmed 150,000 əsgərdən ibarət bir ordunu Adrianapolda toplamış və 1463-cü ilin aprelində Aşağı Dunay bölgəsinə yola düşmüşdür. Diversiya hücumları çərçivəsində Mihaloğlu Əli bəy Macarıstan krallığının cənub hissələrini işğal etməyi əmr etmişdir. Bəy Sremi keçmiş, lakin Macarıstan yüksək ober-şenki Andrey Ponqraç onu geri qovmuşdur. O, Temeşvara çatana qədər birdən Macarıstanın mərkəzinə doğru cinahdan hərəkətə keçmiş, burada Transilvaniya voyvodası İohann Ponqraçla qarşılaşmış və şiddətli döyüşdə məğlub edilmişdir.[12] Bu sırada II Mehmet Travnikə qədər irəliləyərək şəhəri mühasirəyə almışdır. Daha sonra paytaxt Bobovaça yürüş etmiş və şəhər üç gün içində ələ keçirilmişdir. Stefan Tomasoviçə hündür dağlarda gizlənmək məsləhət görülmüşdür, lakin o, ilk növbədə Yaytseyə, daha sonra Klyuça çəkilmişdir və yolların körpülərini yandırmışdır.[13]

Nəticə

Regionda yerləşən kiçik qalalar tez bir zamanda bərpa edilmiş və ərazidə Macarıstanın bir hissəsi kimi Yaytse banatı təşkil edilmişdir.[14] Osmanlı ordusunun əsas hissəsi 1464-cü ilin iyulunda Yaytseni yenidən mühasirəyə almış, lakin Macarıstan ordusunun yaxınlaşması səbəbindən 1464-cü ilin sentyabrında geri çəkilmişdir.[15] Venesiya ilə Osmanlı imperiyası arasındakı qarşıdurma Osmanlı–Venesiya müharibəsinə çevrilmişdir.[2]

Mənbə

İstinadlar

Ədəbiyyat