Yusif Nəbiyev (əsgər)

Yusif Elton oğlu Nəbiyev (27 may 2002; Aşağı Zeynəddin, Ağdaş rayonu, Azərbaycan9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Yusif Nəbiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAşağı Zeynəddin, Ağdaş rayonu, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriAşağı Zeynəddin, Ağdaş rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıElton Nəbiyev
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Yusif Nəbiyev 27 may 2002-ci ildə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində anadan olmuşdur.[1] Subay idi.

Hərbi xidməti

Yusif Nəbiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəbiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. CəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Yusif Nəbiyev 9 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Nəbiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Nəbiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar