Zaur Əsədzadə

Zaur Əsədzadə (tam adı: Zaur Teyyub oğlu Əsədzadə; 1 fevral 2002; Beyləqan, Azərbaycan — 9 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Zaur Əsədzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBeyləqan, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeriSuqovuşan, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Zaur Əsədzadə Teyyub oğlu 2002-ci il 1 fevral tarixində Beyləqan rayonunda anadan olub. 2008–2019-cu illərdə Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseydə orta təhsil alıb.

Hərbi xidməti

2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Zaur Əsədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə olub. Zaur Əsədzadə oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Əsədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar