Zaur Dadaşov

Zaur Zümrüd oğlu DadaşovAzərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Zaur Dadaşov
Zaur Zümrüd oğlu Dadaşov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSurqut, Rusiya Federasiyası
Vəfat tarixi (22 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriXaçmaz rayonu
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıDadaşov Zümrüd
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib.

Hərbi xidmətləri

2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHQ kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.12 oktyabr Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.

Təltiflər

İstinadlar

Xarici keçidlər

Nabran(Xaçmaz Rayonu)şəhid Zaur Dadaşov