Ziya Həsənov

Ziya Niyazi oğlu Həsənov (11 oktyabr 1989; Ağdam, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ziya Həsənov
Ziya Niyazi oğlu Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAğdam, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeriAzərbaycan
Dəfn yeri
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiBaş leytenant
DöyüşlərAprel döyüşləri
Təltifləri"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı

Ziya Həsənov 1989-cu ilin 11 oktyabr günündə Ağdam şəhərində anadan olub. 2016-cı ilin 8 iyun günündə Ziya Həsənovun ölümündən sonra Yağmur adında qız övladı gəldi.

Hərbi xidməti

İlk öncə Ziya Cəmşid Naxçıvanski adına hərbi liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişdi. 2012-ci ildə TTM-də təlimlərdə fərqlənmiş, sonralar isə cəbhəxəttində tağım komandiri, leytenant kimi fəaliyyət göstərmişdi. 2015-ci ildən baş leytenant idi. İyuln ayindan sonra Beyləqandakı N saylı hərbi hissəyə tağım komandiri təyin etmişdilər Ziya Həsənov Aprel döyüşləri zamani düşmənlə təmas xətti boyunca olan şiddətli döyüşlərdə qəhramcasina Şəhid olmuşdur.

Aprelin 5-i isə Ziya Həsənov Bərdə şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Həsənov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ziya Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar